Pleyeri seçin:

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür

07 fevral 2025 495 baxış

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

O, 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü ildə orta məktəbin 1-ci sinfinə daxil olub, 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub.

2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyinat alıb.

2010-cu il iyunun 19-da gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Banner
"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 120 baxış
"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

Cəmiyyət
24 noyabr 2026 140 baxış
Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Cəmiyyət
24 noyabr 2026 128 baxış
Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Cəmiyyət
24 noyabr 2026 145 baxış
Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Cəmiyyət
24 noyabr 2026 140 baxış
Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 117 baxış
“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

Cəmiyyət
24 noyabr 2026 115 baxış
Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Cəmiyyət
24 noyabr 2026 113 baxış
Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 107 baxış
“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

Cəmiyyət
24 noyabr 2026 94 baxış
Seçilmişlər
icon