Pleyeri seçin:

Bu növ sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər? - Baku TV

13 iyun 2026 296 baxış

Artıq uzun illərdir ki, sürücülər icbari sığorta ilə yanaşı, avtomobillərini kasko sığorta da etdirə bilirlər. İlk illərdə bu sığorta növünə maraq az olsa da, son dövrlərdə müraciətlərin sayında ciddi artım müşahidə olunur.

Sığorta üzrə ekspert Emil Ağabağırov bildirib ki, kasko sığortası vətəndaşlara avtomobillərini müxtəlif risklərdən sığortalamaq imkanı yaradır:

“Vətəndaşlar kasko sığortası əldə etməklə təbii fəlakətlər, güclü külək nəticəsində avtomobilə dəyən zərərlər və digər hadisələri təminat altına alırlar. Tövsiyə edirik ki, sürücülər bu sığorta növündən istifadə etsinlər. Çünki belə hadisələr avtomobillərə ciddi ziyan vurur. Kasko sığortası həm nəqliyyat vasitəsini, həm də ailə büdcəsini qorumağa kömək edir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, son günlər ölkədə baş verən təbii hadisələrdən sonra kasko sığortasına maraq daha da artıb.

Onun sözlərinə görə, sığorta şirkətləri müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar keçirir, eləcə də hissəli ödəniş imkanları təqdim edirlər.

Ekspert qeyd edib ki, icbari sığortadan fərqli olaraq, kasko sığortası sürücünün öz əmlakına dəyən zərərin qarşılanması üçün nəzərdə tutulub.

Eldəniz Cəfərov tövsiyə edir ki, kasko sığortası almaq istəyənlər əvvəlcə sığorta agentlərinə müraciət etsinlər və müqavilənin şərtlərini dəqiqləşdirsinlər.

Onun sözlərinə görə, azadolma məbləği və avtomobilin bazar dəyərinin dəqiqləşdirilməsi gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün vacibdir.

Kopyalandı
DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 296 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 296 baxış
Seçilmişlər
icon