Pleyeri seçin:
Bu yoldan "skoru" gələnəcən xəstə ölür | Sumqayıt sakinlərinin şikayəti
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “Beton zavod” yaşayış massivi adlanan ərazidə yaşayan üç minə yaxın sakin 20 ildən artıqdır ki, yol və kanalizasiya problemindən əziyyət çəkir.
Onlar iddia ediblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemə çarə tapılmayıb:
“Yollarımız bərbad vəziyyətdədir, bura baxan yoxdur. Palçıqda getmək olmur. Göydən yerə yağış düşən kimi kanalizasiya daşır, yolu tutur. Təcili tibbi yardım çağırırıq, gələnə kimi xəstə artıq can verir”.
Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsindən bildirilib ki, cari il ərzində şəhərin bir sıra ərazilərində geniş asfaltlanma işləri nəzərdə tutulub, “Beton zavod” yaşayış massivi də həmin siyahıya daxildir.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
- Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV
