Pleyeri seçin:

“Buradan çıxıb gedin!” - Kənd sakinləri təngə gəldi | “Müsəlmanıq, belə şey olar?!” - Baku TV

29 may 2026 428 baxış

Göygöl rayonunun Aşıqlı kənd sakinləri örüş sahələrinin başqa rayonlardan gələn şəxslər tərəfindən zəbt olunmasından şikayətçidirlər.

Onların sözlərinə görə, örüş sahələri iri sürülər tərəfindən zəbt edildiyi üçün yerli əhali mal-qarasını otarmaqda ciddi çətinliklərlə üzləşir.

“Burada mal-qara saxlamaq olmur. Qəbiristanlığa ziyarətə də gedə bilmirik. Qonşunun oğluna beş it hücum etmişdi, çomaqla güclə ayırdıq”, – deyə sakinlərdən biri bildirib.

Onlar qeyd edirlər ki, son yağışlardan sonra otlaq sahəsində yaranan otlar da iri sürülər tərəfindən otarıldığından kənd əhalisinin heyvanları üçün yem çatışmazlığı yaranır.

Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, şikayət edilən fermer Elman Telmanov Aşıqlı kənd sakinidir və kənd ərazisində müvəqqəti olaraq iribuynuzlu və xırdabuynuzlu heyvan saxlayır.

Vurğulanıb ki, o, qanunvericiliyin tələblərinə uyğun olaraq kəndin ümumi istifadəsində olan örüş və otlaq sahələrindən istifadə edir. Ona məxsus heyvanlar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən qeydiyyata alınıb və Göygöl Baytarlıq və Heyvan Sağlamlığı Mərkəzi tərəfindən müvafiq baytarlıq xidmətləri ilə təmin olunur.

Əlavə edilib ki, həmin sakin heyvanları aran zonasından yaylağa aparmaq məqsədilə hava şəraiti ilə əlaqədar olaraq müvəqqəti şəkildə kənd ərazisində yerləşdirib. Yaxın günlərdə heyvanların yaylağa köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, məsələ ilə bağlı sakinlər Daxili İşlər Nazirliyinə də müraciət ediblər. Nazirliyin Gəncə regional qrupundan bildirilib ki, “102” xidmətinə daxil olan müraciət əsasında tərəflər arasında baş verən insidentlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 428 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 428 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 428 baxış
Seçilmişlər
icon