Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Buzovnada qonşusunu öldürməkdə, onun arvadı ilə oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq təqsirləndirilən 18 yaşlı İnşaalah Hacıyev 9 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən İnşaalah Hacıyevin qətli törədən ərəfədə 18 yaşının tamam olmadığını nəzərə alaraq onun 10 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, ibtidai və məhkəmə istintaqı zamanı bəlli olub ki, İnşaalah Hacıyev zərərçəkənin ailəsi ilə qonşu olmaqla yanaşı, həm də qohum olublar. O, ifadəsi zamanı hadisənin baş verməsinə səbəb kimi isə qonşunun ailə üzvlərinin onun atasına nalayiq sözlər deyərək hücum etməsini göstərib. Bundan sonra İnşaalah Hacıyev də müdaxilə edib və tərəflər arasında əlbəyaxa dava başlayıb.
Sözügedən hadisə 2024-cü il oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İnşaalah Hacıyev mübahisə zamanı qonşuları – 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. Qurban Məlikov hadisədən bir müddət sonra aldığı xəsarətlərdən həyatını itirib.
Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hadisə zamanı İnşallah Hacıyevin 18 yaşı tamam olmayıbmış.
#Buzovna teqi istifadə olunub
- Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR
- Faktla bağlı araşdırma aparılır
- "Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi
- Buzovna sakinlərinin günü niyə qara olub? - “Üstümə böyük itlər gəlir, o qədər olub ki...” - Baku TV
- Buzovnada sakinlərin kabusuna çevrilən sahibsiz itlər - Baku TV CANLI
