"Cavanlar CV verib illərlə gözləyir ki..." | Niyə özümüzə uyğun iş tapa bilmirik? - Baku TV
Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir.
Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər?
Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındakı uyğunsuzluqdadır?
Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.
“Əvvəlki illərlə müqayisədə indi iş tapmaq çox çətindir. Gənclər universiteti bitirib iş üçün müraciət etsələr də, illərlə gözləməli olurlar”, – sakinlərdən biri söyləyib.
Bir tərəfdə işçi axtaran şirkətlər, digər tərəfdə isə münasib əməkhaqqı və uyğun iş şəraiti istəyən vətəndaşlar var. Mütəxəssislər qeyd edirlər ki, əmək bazarında belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri tələb və təklif arasındakı uyğunsuzluqdur.
İqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva bildirib ki, işaxtaranların qarşılaşdığı çətinliklərin əsas səbəblərindən biri təklif olunan əməkhaqqının aşağı olmasıdır.
“İşəgötürənlər var ki, aşağı əməkhaqqı ilə iş yerləri təklif edirlər. İnsanlar da düşünürlər ki, minimum əməkhaqqı civarında olan işdə çalışmaqdansa, işləməmək daha faydalıdır. Çünki nəqliyyat xərcləri kifayət qədər çoxdur, yemək və digər gündəlik xərclər də var. Digər səbəb isə təcrübə tələbidir. Şirkətlər daha çox təcrübəli namizədlərə üstünlük verirlər. Hamı hazır kadr əldə etmək istəyir. Amma universiteti bitirmiş tələbə də müəyyən yerdə təcrübə qazanmalıdır”, – deyə professor qeyd edib.
#İş elanı teqi istifadə olunub
- Şəkilə baxıb 3500 manat maaş təyin edilir? | "Həm üz, həm də bədən düşməlidir" - Baku TV
- "Müdirlər ancaq qızları önə çəkir" | Bu şəxslər pensiya ilə bağlı problemlə üzləşir
- Baku TV-də çalışmaq şansı: Bu sayta daxil olaraq CV-nizi göndərin
- Yaşı 30-u keçənlərə xəbərdarlıq: iş tapmırsınızsa, bunları edə bilərsiniz
