Pleyeri seçin:
Dənizdə batan qızı xilas edən Ramin Lənkəranda dəfn edildi
Lənkəranın Sütəmurdov kəndi ərazisində dənizdə boğulan Ramin Məmmədzadənin qohumları danışıblar.
Əmisi Bəhruz Məmmədov Baku TV-yə açıqlamasında bildirib ki, Ramin çox mədəni insan olub: “Dünən dənizə gedib. Orada iki nəfərin boğulduğunu görəndə dərhal onları xilas etməyə çalışıb. Bir nəfəri xilas edib, ikincini xilas etmək istəyərkən özü boğulub”.
Raminin əmisi oğlu Mircavid Məmmədzadə qeyd edib ki, onlar birlikdə böyüyüblər: “İdmançı idi, fiziki işlərlə məşğul olurdu”.
Qeyd edək ki, iki qız Sütəmurdov kəndi yaxınlığında dənizdə batmaq təhlükəsi ilə üzləşən zaman 22 yaşlı Ramin Məmmədzadə onlara kömək etmək istəyib. Qızlardan birini xilas edib, digər qız və Ramin isə suda boğularaq həyatlarını itiriblər.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
- Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI
- Lənkəranda yol problemi | Biləsər kəndinin sakinlərinin narazılığı nə vaxt həll olunacaq? - Baku TV
- "Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV
- Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV
