Pleyeri seçin:

Dərnəgüldəki yanğınla bağlı cinayət işi açıldı: Ölənin kimliyi bilindi

23 noyabr 2023 580 baxış

İnşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb. Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb. Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Banner
"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

"Sabah" və "Barselona" oyunu günü şəhərdə nəqliyyat necə təşkil olunacaq? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 128 baxış
"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

"Hər dəfə 15 kq ət alırıq" | 10 uşaqlı ailənin bir günü necə keçir? - ARZUNUN VAXTI

Cəmiyyət
24 noyabr 2026 147 baxış
Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Müharibənin dayanması kifayət edəcək? | Təhlükəsizlik üçün hansı yol seçiləcək? - ƏSAS XƏBƏR

Cəmiyyət
24 noyabr 2026 136 baxış
Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Kiçik fermerlər böyük təsərrüfatlara qoşulur, qazanc müqavilə ilə həll olunur - AKTUAL GÜNDƏM

Cəmiyyət
24 noyabr 2026 152 baxış
Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Qiymətli metalın bir unsiyasının qiyməti 3500 dollar səviyyəsinədək geriləyib

Cəmiyyət
24 noyabr 2026 147 baxış
Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Təhlükəli hava şəraiti yaxınlaşır | FHN-dən xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 117 baxış
“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

“Ölümündən əvvəl sevgilisi ilə dalaşıb” | Meyiti tapılan prodüser Elmir Məhərrəmovla bağlı detallar

Cəmiyyət
24 noyabr 2026 115 baxış
Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Söyüdlü küçəsinə məişət tullantılarını kim boşaldır?

Cəmiyyət
24 noyabr 2026 114 baxış
Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Qızılın ucuzlaşması Azərbaycan bazarına necə təsir edəcək? - Baku TV

Cəmiyyət
24 noyabr 2026 108 baxış
“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

“Bəlkə, çəkilişdən sonra ayılarlar” | Binəqədidə dəhşətli mənzərə | “Adam evinə necə girsin?!”

Cəmiyyət
24 noyabr 2026 95 baxış
Seçilmişlər
icon