Pleyeri seçin:

Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalandı

22 may 2024 492 baxış

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi arasında görüş keçirilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədovun tapşırığına əsasən məhkumların, həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət qurumları ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Nazir müavini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Penitensiar xidmət arasında uzun illər sıx əməkdaşlığın mövcud olduğunu, azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasında və islah işlərində birgə layihələrin uğurla icra olunduğunu vurğulayıb.

Uzunmüddətli birgə fəaliyyətə diqqət çəkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin genişləndirilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, komitə birgə fəaliyyətin təşkili məqsədilə aktual məsələlərin müzakirəsinə dair mütəmadi görüşlərin, tədbirlərin keçirilməsinə hər zaman hazırdır.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti illər ərzində fəaliyyətin koordinasiya edilməsi məqsədilə birgə tədbirlər planı imzalanıb.

Sonda qonaqlar Penitensiar xidmətin baş idarəsindəki yeni muzeydə ulu öndər Heydər Əliyev və Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 492 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 492 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 492 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 492 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 492 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 492 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 492 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 492 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 492 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 492 baxış
Seçilmişlər
icon