DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar müəyyən edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrasında uyğunsuzluqlar müəyyən olunub.
Bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair "Dövlət auditi" bülletenində bildirilib.
Audit fondun 2023-cü il üzrə büdcə gəlirləri və xərclərinin icrasını, habelə sərbəst vəsaitlərin idarə edilməsini əhatə edib.
Hesabat dövründə fondun əvvəlki ildən qalan qalığı 1 milyard 47 milyon 675 min manat, daxilolmaları 6 milyard 721 milyon 988 min manat, xərcləri isə 7 milyard 146 milyon 847 min manat təşkil edib. İlin sonunda isə 622 milyon 815 min manat vəsait qalıq olaraq göstərilib.
Audit zamanı bəlli olub ki, fondun büdcəsinin icrası zamanı bir sıra qanunvericilik pozuntuları və texniki uyğunsuzluqlara yol verilib.
Bundan başqa, audit fondun xərclərinin əsas hissəsini təşkil edən pensiya ödənişlərinin "Əmək pensiyaları haqqında" qanun əsasında formalaşdığını, bu səbəbdən xərclərin gəlirlərdən asılı olmayaraq müəyyən edildiyini vurğulayıb.
#Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teqi istifadə olunub
- Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib - Baku TV
- Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV
- Valideyn himayəsindən məhrum uşaqlar üçün mühüm addım - Baku TV
