Ehtimal var ki, İran tərəfə gedə bilərlər | İtkin düşən balıqçıların qardaşları çarəsiz vəziyyətdə
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.
Mahmud İbayevin qardaşı Rəşad İbayevin sözlərinə görə, ehtimal olunur ki, qayıq istiqamətini dəyişib:
“On günə yaxındır xəbər yoxdur. Ola bilsin ki, İrana tərəf gediblər. Gözləyirik, hələ ki xəbər yoxdur. Hava küləkli olsaydı, qayıq bata bilərdi. Həmin vaxt duman olub, başlarına nə gəlibsə, ancaq Allah bilir”.
Qeyd edək ki, hazırda vətəndaşların axtarışları Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
#Lənkəran teqi istifadə olunub
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
