Pleyeri seçin:

Əjdər Həmidov diz çöküb, eşq elan etdiyi qadına niyə qovuşa bilmədi? - RETRO BAKU

28 iyun 2026 462 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı görkəmli teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidovun həyat və yaradıcılığına həsr olunub.

Əməkdar artist Nahidə Orucova verilişdə sənət yoldaşı ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, illər əvvəl Sumqayıt teatrında birlikdə çalışdıqları dövrdə aktyor ona olan hisslərini etiraf etsə də, o zaman bunu ciddi qəbul etməyib:

“Ölməmişdən öncə mənə etiraf etdi. Dedi ki, “sən bilirsən ki, neçə illərdir səni sevirəm”. Mən onu ürəyimin gizli bir guşəsində saxlamışdım. Sumqayıt teatrında işləyirdik, o bütün kollektivin qarşısında mənim qarşımda diz çökərək gül təqdim etmiş və sevgisini etiraf etmişdi. O vaxt bunu zarafat kimi qəbul etdim. Sonra həmin xatirəni xatırladaraq dedi ki, “axı mən sənə onda etiraf etmişdim, sən qəbul etməmişdin. Əgər qəbul etsəydin, bizim indi ailəmiz olacaqdı”.

Aktyorun yaradıcılıq yolu isə çətin və dramatik məqamlarla yadda qalıb. “Yoxlama” filminin çəkilişləri zamanı Əjdər Həmidov ən təhlükəli səhnələrdə belə kaskadyorları kənara çəkərək riskləri öz üzərinə götürüb. Lakin bu çəkilişlərdən birində yaşadığı güclü qorxu və stres aktyorun həyatında dərin iz buraxıb. Səhhətində yaranan problemlərə görə paytaxtdan uzaqlaşan sənətçi iki il rayon şəraitində yaşamağa məcbur olub. Həyatının ən çətin günlərini yaşayan aktyor həmin dövrdə iki dəfə intihar həddinə qədər gəldiyini də etiraf edib. Bütün çətinliklərə baxmayaraq, səhnədən uzaq qala bilməyən Əjdər Həmidov həkimlərin tövsiyələrinə baxmayaraq, yenidən teatra qayıdıb.

Əjdər Həmidov 24 sentyabr 2020-ci ildə ağır xəstəlik səbəbindən vəfat edib. O, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə hər zaman hörmətlə xatırlanır.

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 462 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 462 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 462 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 462 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 462 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 462 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 462 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 462 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 462 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 462 baxış
Seçilmişlər
icon