Pleyeri seçin:

Elektrikli avtomobillər təhlükəlidir? - yeni nəsil nəqliyyat vasitələri ilə bağlı bilinməyənlər

28 sentyabr 2023 458 baxış

Son illərdə populyarlaşan və iqlim böhranının həlli hesab edilən elektrik avtomobilləri düşündüyümüz qədər ekoloji cəhətdən təmizdirmi?

Dünyanın ən böyük avtomobil şirkətləri ətraf mühitə uyğun nəqliyyat vasitələri istehsal etmək üçün elektrikli nəqliyyat vasitələrinə və akkumulyatorlara milyardlarla dollar sərmayə qoyub. Təkcə Avropada 2030-cu ilə qədər yollarda 30 milyon elektrikli avtomobilin şütüməsi üçün sənayedə böyük bir dəyişiklik olacağı gözlənilir. Elektrikli avtomobillər hərəkət zamanı karbon qazı buraxmır. Ancaq bu vasitələrin istehsalı, akkumulyatorlarda istifadə edilən ağır metalların tədarükü, yanacaq kimi istifadə edilən elektrik enerjisinin 70 faizinin hələ də fosil qaynaqlardan əldə edilməsi kimi faktorları nəzərə alsaq, elektriklə işləyən nəqliyyat vasitələrinin bu sahədə o qədər də zərərsiz olmadığı üzə çıxır. Nəhəng batareyaların istifadə müddəti bitdikdə isə nə baş verəcəyi hələ də böyük sual işarəsidir.

Təbii ki, elektriklə işləyən avtomobillər hərəkət zamanı işlənmiş qazları buraxmır və ətraf mühiti çirkləndirmir. Lakin elektrikli avtomobillərdə litium-ion batareyalarında istifadə olunan xammalın çıxarılması, təmizlənməsi, daşınması və istehsalı çox intensiv prosesdir. Bu zaman istifadə olunan enerji də kifayət qədər yüksəkdir. Bu o deməkdir ki, istehsal mərhələsində akkumulyatorla işləyən elektrik avtomobillərinin yaratdığı karbon izi ənənəvi avtomobillərlə müqayisədə xeyli yüksəkdir. Çünki neftin çıxarılması və onun benzin və dizelə çevrilməsi çox sadə prosesdir. Bundan əlavə, bu proses zamanı ayrılan mayeləşdirilmiş neft qazı olan LPG nəqliyyat vasitələrində yanacaq kimi də istifadə edilə bilər və çox ucuz bir enerji mənbəyi kimi önə çıxır.

Bununla belə, bu nəqliyyat vasitələri idarə edilərkən işlənmiş qazlar da buraxır və bu, böyük miqdarda karbon emissiyasına səbəb olur. Xüsusilə nəhəng yük gəmiləri, kerosin istifadə edən sərnişin təyyarələri və reaktiv təyyarələrin yaratdığı karbon izi planetimizin ən mühüm iqlim probleminin əsas mənbəyidir.

2023-cü ilin əvvəlində Almaniya və Yaponiya avtomobil nəhəngləri 2050-ci ilə qədər “sıfır karbon izi” hədəflədiklərini bildirib. Cənubi Koreya da “səyləri sürətləndirdiyini” qeyd edib. Bu kontekstdə Avropa İttifaqı Şurası batareyaların ömrünü uzatmağa və təkrar emal dərəcələrini artırmağa yönəlmiş bir sıra qaydalar qəbul edib. Bu qanunlar dayanıqlı iqtisadiyyatı təşviq etmək üçün mühüm addım kimi qiymətləndirilir.

Banner
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 458 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 458 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 458 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 458 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 458 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 458 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 458 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 458 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 458 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 458 baxış
Seçilmişlər
icon