Pleyeri seçin:

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür - Baku TV

11 oktyabr 2026 21 baxış

44 günlük Vətən müharibəsi zamanı Gəncəyə edilən dördüncü raket hücumu ən ağır faciələrdən biri kimi yadda qaldı. Ermənistan ərazisindən gecə saat 2 radələrində dinc sakinlərin yaşadığı əraziyə atılan ballistik raket nəticəsində 10 mülki şəxs həlak oldu, 50-yə yaxın insan yaralandı.

Raket hücumu bir neçə ailənin həyatını alt-üst etdi. Bəzi ailələrin bütün üzvləri faciənin qurbanı oldu. Üç uşaq hər iki valideynini, bir azyaşlı isə ailəsinin bütün üzvlərini itirdi.

Şəhid anası Sevil Babazadə həmin gecənin dəhşətlərini və faciənin uşaqların həyatında buraxdığı ağır izləri belə xatırlayır:

“O hadisə yaddaşımızda elə dəhşətli bir xatirə kimi qalıb ki, onu silmək mümkün deyil. Həmin hadisə haqqında danışanda elə hiss edirəm ki, sanki indicə baş verib. Dağıntılar hələ də gözümün qabağındadır. Ən çox əziyyət çəkən, ən çox itki verən Nilay oldu. Nilay bir gecədə atasını, anasını, nənəsini – üç doğma insanını itirdi. Müharibə zamanı mülki əhalinin əzab çəkməsi cinayətdir”.

Raket hücumunda atasını itirən Yusif Bağırov da həmin gün yaşadıqlarını unuda bilmir:

“Gəncəyə çatanda atamın şəhid olduğunu öyrəndim. Anam isə xəsarət almışdı. Hər il həmin hissləri yaşayırıq. İldönümü gəldikcə o anları yenidən xatırlayırıq”.

Banner
Akrobatika, şou və rəngarəng nömrələr: "Sehrli payız" beynəlxalq sirk proqramı - Baku TV

Akrobatika, şou və rəngarəng nömrələr: "Sehrli payız" beynəlxalq sirk proqramı - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 21 baxış
Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV

Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 21 baxış
Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV

Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 21 baxış
Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV

Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 21 baxış
Təhlükə nə zaman artır? - Skoliozun hansı dərəcəsində olanlar hərbi xidmətə yararsızdır? - Baku TV

Təhlükə nə zaman artır? - Skoliozun hansı dərəcəsində olanlar hərbi xidmətə yararsızdır? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 21 baxış
Quşçuluq ferması ilə bağlı şikayət: Sakinləri kəskin qoxu narahat etdi - Baku TV

Quşçuluq ferması ilə bağlı şikayət: Sakinləri kəskin qoxu narahat etdi - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 21 baxış
Binəqədidə yaşayan vətəndaşlar üfunət qoxusundan şikayət edirlər - Baku TV CANLI

Binəqədidə yaşayan vətəndaşlar üfunət qoxusundan şikayət edirlər - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 21 baxış
243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."

243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."

Cəmiyyət
10 oktyabr 2026 21 baxış
DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

Cəmiyyət
10 oktyabr 2026 21 baxış
Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 21 baxış
Seçilmişlər
icon