Pleyeri seçin:

Estetik əməliyyat qalmaqalı | “UĞUR-777” estetik mərkəzi ilə bağlı şok istintaq detalları - Baku TV

20 iyul 2026 238 baxış

Son günlər hazırda fəaliyyəti dayandırılmış "UĞUR-777" estetik mərkəzinin adı yenidən qalmaqallı iddialarda hallanır.

Belə ki, sosial şəbəkələrdə yayılan məlumata görə, burada bir qadına qeyri-tibbi şəraitdə liposaksiya əməliyyatı həyata keçirilib.

Əldə olunan məlumatlara görə, əməliyyat heç bir ilkin tibbi müayinə aparılmadan icra edilib.

Şikayətçi bildirib ki, əməliyyat zamanı ayılıb, lakin ona yenidən anesteziya verilməyib. Daha sonra isə güclü ağrılar içərisində evə göndərilib.

Pasiyentin iddiasına əsasən, sonrakı dövrdə onun vəziyyəti ilə maraqlanan olmayıb və həkimlə də əlaqə saxlaya bilməyib.

Məlumata görə, əməliyyatı Gülbadə Abdullayeva həyata keçirib.

Qeyd edək ki, bu onun adı hallanan ilk qalmaqal deyil.

Mövcud vəziyyətlə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, sosial mediada yayılan məlumatlardan da bəlli olur ki, sözügedən görüntülər köhnədir və əməliyyat 2025-ci ilin fevral ayında "UĞUR Estetik Mərkəzi 777" adı altında qeyri-qanuni fəaliyyət göstərən mərkəzdə baş tutub.

Qeyd edək ki, "UĞUR Estetik Mərkəzi 777" adı altında lisenziyasız özəl tibb fəaliyyəti göstərən obyektlə əlaqədar Analitik Ekspertiza Mərkəzinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə plandankənar yoxlamalar keçirilib. Sonuncu dəfə 22 iyul 2025-ci il tarixində növbəti plandankənar yoxlama keçirilib. Obyektin lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən edilib.

Gülbadə Abdullayevaya gəlincə isə aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, onun ali və ya orta tibb təhsili yoxdur və uyğun olaraq da Vahid Səhiyyə İnformasiya Sistemində tibb işçisi kimi qeydiyyatda deyil. Həm "UĞUR Estetik Mərkəzi 777", həm də cari ilin may ayında fərdi sahibkar Abdullayeva Gülbadə Əliqismət qızı, eləcə də onunla əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb.

Bundan əlavə, xidməti araşdırmanın nəticələrinə əsasən, fərdi sahibkar Abdullayeva Gülbadə Əliqismət qızının qanunsuz özəl tibb fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında müvafiq vəsatətin qaldırılması məqsədilə təqdimat yazılaraq növbəti icraata göndərilib.

Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına müraciət edilib.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 238 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 238 baxış
Seçilmişlər
icon