Ev almaq istəyən hərbçilərin işləri daha da asanlaşdı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin rəsmi internet saytında "Mənzil növbəsi" adlı yeni bölmə yaradılıb.
Həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.
Nazirliyin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı komissiya yaradılıb və siyahı var. Hərbçilərə mənzillər ardıcıllıqla veriləcək. Namizədlər mənzilləri püşkatma üsulu ilə özləri seçirlər. Mənzil, bina, blok təsadüfi seçimlə müəyyən edilir.
Anar Eyvazov qeyd edib ki, ailə tərkibi mənzildəki otaqların sayına təsir edir. Belə ki, ailə tərkibinə görə say tərtib olunur. Püşkatma isə mənzil, bina, blok, mərtəbə rəqəminə görə keçirilir.
#Mənzil növbəsi teqi istifadə olunub
- Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV
- “Orada boğulurdum, 9 ildir kirayədəyəm” | Xəstəlikdən əziyyət çəkən şəhid xanımı niyə evsizdir?
- “Hüquqlarımı tapdalayırlar” | Gözdən əlilliyi olan qadın niyə evlə təmin olunmur? - Baku TV
- Mənzil sahibi olmaq istəyən hərbçilərin nəzərinə | Detallar açıqlandı
