FHN-dən əhaliyə xəbərdarlıq | Bu çimərliklərə getməyin, yoxsa...
Çimərlik mövsümünə hazırlıqla əlaqədar təhlükəsizlik tədbirlərinə başlanılıb.
Bu məqsədlə Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr, təmizləmə işləri aparılır. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar və maarifləndirici lövhələrin quraşdırılmasına başlanılıb.
FHN-in rəsmi nümayəndəsi Akşin Əlili vətəndaşlara müraciət edərək bildirib ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir.
"Çimərliklərdə diqqət yetirilməli məqamlardan biri də hava şəraitidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir", – o vurğulayıb.
Qeyd edək ki, təhlükəsizlik tədbirləri iyunun 15-dək davam edəcək.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Qaradağda anbarı alov bürüdü | FHN qüvvələri hadisəyə müdaxilə etdi - Baku TV CANLI
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
