Pleyeri seçin:
FHN-dən İlaxır çərşənbə ilə bağlı əhaliyə vacib xəbərdarlıq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi təmtəraqla qeyd olunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Kopyalandı
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
