FHN hava şəraiti ilə bağlı əhaliyə təcili müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsti və quru hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Bildirilib ki, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənildiyindən kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər.
Eyni zamanda isti havalardan qorunmaq üçün məişət cihazlarına tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
FHN-dən bildirilib ki, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin. Sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın.
Təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin. Tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
