Pleyeri seçin:

"Gecə basqın edirdilər" | Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi

24 sentyabr 2026

Əbilkənd — Rusiya imperiyası dövründə İrəvan qəzasının tərkibində olan, tarixi mənbələrdə Abilkənd, Əbilkənd, Abulkənd və Əbülkənd adları ilə qeyd edilən kənddir.

XIX–XX əsrin əvvəllərinə aid sənədlər kənd əhalisinin əsasən, yaxud tamamilə azərbaycanlıların əcdadlarından ibarət olduğunu göstərir.

1829–1832-ci illərin kameral təsvirinə görə, kənddə 85 nəfər, 1897-ci ildə 234 nəfər, 1914-cü ildə isə 376 nəfər yaşayırdı.

1918–1920-ci illərdə bölgədə baş verən qarşıdurmalar və etnik təmizləmə nəticəsində kənd dağıdılıb. Sovet hakimiyyətinin qurulmasından sonra azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb.

1948–1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası zamanı kənd sakinlərinin bir hissəsi Azərbaycan SSR-ə köçürülüb. Buna baxmayaraq, azərbaycanlı əhali 1980-ci illərin sonlarına qədər kənddə yaşamağa davam edib.

1988-ci ildə Ermənistan SSR-də azərbaycanlıların kütləvi qovulması nəticəsində Əbilkənd sakinləri də kəndi tərk etməyə məcbur olublar.

Kəndin adı sovet dövründə Əbilkənd, Əblkənd, Bulaxlı, Bulaqlı, Bulaxlar və Kalinin kimi müxtəlif formalarda işlədilib. 1991-ci ildə isə Noramarq olaraq dəyişdirilib.

2021–2024-cü illərdə aparılan sahə tədqiqatları zamanı kənd ərazisində dağıdılmış onlarla qəbirüstü abidənin qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Bu videoda Əbilkəndin tarixi, demoqrafik dəyişiklikləri və günümüzə qədər gəlib çatmış maddi irsi haqqında məlumat verilir.

Kopyalandı
Qədim yaşayış məskənində aparılan tədqiqatlar gözlənilməz nəticələr verdi - Baku TV CANLI

Qədim yaşayış məskənində aparılan tədqiqatlar gözlənilməz nəticələr verdi - Baku TV CANLI

Cəmiyyət
24 sentyabr 2026
Düzgün fırçalama müddəti ağız gigiyenasında mühüm rol oynayır

Düzgün fırçalama müddəti ağız gigiyenasında mühüm rol oynayır

Cəmiyyət
24 sentyabr 2026
Biləcəridə qəzalı ev problemi ailəni kirayədə qalmağa məcbur etdi - Baku TV CANLI

Biləcəridə qəzalı ev problemi ailəni kirayədə qalmağa məcbur etdi - Baku TV CANLI

Cəmiyyət
24 sentyabr 2026
"Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV

"Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
“Pəncərəni də aça bilmirik” | Hökməli sakinlərinin şikayətinə qurum nə cavab verdi? - Baku TV

“Pəncərəni də aça bilmirik” | Hökməli sakinlərinin şikayətinə qurum nə cavab verdi? - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV

Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV

Şəhid Əkrəm Şadmanovun həyatından bəhs edən "Vətən daşı" filmi təqdim olundu - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Tanınmış telekanalların nümayəndələri Milli Xalça Muzeyində bir araya gəldilər - Baku TV

Tanınmış telekanalların nümayəndələri Milli Xalça Muzeyində bir araya gəldilər - Baku TV

Cəmiyyət
24 sentyabr 2026
Sakinlər tullantı sularından şikayətçidir | Bəs qurum problemin səbəbini nədə görür? - Baku TV

Sakinlər tullantı sularından şikayətçidir | Bəs qurum problemin səbəbini nədə görür? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
"Qarabağ xalçalarımız yurdunda toxunsun" | "Azərxalça"nın hansı planları var? - Baku TV

"Qarabağ xalçalarımız yurdunda toxunsun" | "Azərxalça"nın hansı planları var? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026
Seçilmişlər
icon