Gəncədəki şəhid lövhələrinin sökülmə səbəbi | İcra Hakimiyyətindən təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə bir neçə gündür şəhərin müxtəlif ərazilərində quraşdırılmış şəhid xatirə lövhələrinin sökülməsinə başlanılıb.
Əsasən yolkənarı, səki və avtobus dayanacaqlarında şəhid ailələrinin təşəbbüsü ilə yerləşdirilən bu lövhələr sökülərək Mənzil-Kommunal Təsərrüfat Birliyinin anbarına toplanır. İctimai müzakirələrə səbəb olan məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılıb:
“Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq tamamilə yararsız hala düşüb, orijinal görkəmini itirib. Qeyd edilənlər nəzərə alınaraq şəhərin müxtəlif ərazilərində olan lövhələrin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınıb”.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən İstiqlal parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilib, lövhələr quraşdırılıb.
#Gəncə teqi istifadə olunub
- Nə maşın var, nə də pul | Gəncədə qadına qarşı dələduzluq - ƏSAS XƏBƏR
- "Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi
- “Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV
- Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
