Güclü külək və qara hazır olun | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 5-i Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, günün ikinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 11-14 dərəcə isti olacaq.
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Bəzi bölgələrdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI
- Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV
- Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI
- Oktyabrın son günü hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
