Pleyeri seçin:

Güclü yağışın ziyan vurduğu sakinlərin aqibəti necə olacaq?

18 aprel 2025 757 baxış

Bu il aprelin 15-16-da Azərbaycanda qeydə alınmış kəskin yağışlı hava şəraitində 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb.

Bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib:

"Yerli sığorta bazarı iştirakçılarından alınan və bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 157-si "Daşınmaz əmlakın icbari sığortası" növü, 77-si "Kasko" sığorta növü, 21-i "Əmlakın yanğından və digər risklərdən sığortası" növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Bundan əlavə, "Fərdi qəza sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərinin hər biri üzrə isə bir hadisə qeydə alınıb.

294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 030 manat müəyyən olunub. Qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin bir milyon manatı ötəcəyi ehtimal edilir".

Vurğulanıb ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70%-i paytaxt Bakıda, 30%-i isə respublikanın digər bölgələrində qeydə alınıb.

Banner
Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
“Hədələyirlər, təzyiq göstərirlər ki...” | Məktəbdə qalmaqal: müəllim niyə fəryad edir? - Baku TV

“Hədələyirlər, təzyiq göstərirlər ki...” | Məktəbdə qalmaqal: müəllim niyə fəryad edir? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI

Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV

13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV

Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV

Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 757 baxış
Seçilmişlər
icon