Hava ilə bağlı ciddi xəbərdarlıq | Reklam lövhələrinin altında dayanmayın
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən, hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin bəzi rayonlarında güclü küləkli hava şəraiti hökm sürür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlardan maksimum dərəcədə diqqətli olmaları xahiş olunur:
"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmamaq, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq gərəkdir. Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmamaq məsləhət görülür".
#Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi teqi istifadə olunub
- ”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV
- “Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
- ETSN və FHN vətəndaşları məsuliyyətli davranmağa cağırıb - Baku TV
- Nazir müavini plastik tullantıların idarə edilməsinin vacibliyini vurğuladı - Baku TV
- "Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV
