“Hədələyirlər, təzyiq göstərirlər ki...” | Məktəbdə qalmaqal: müəllim niyə fəryad edir? - Baku TV
Tovuz rayonunun Əyyublu kəndində müəllimlər arasında dərs bölgüsü narazılığa səbəb olub.
Şəhid Rövşən Alıyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Aynurə Umudova Baku TV-nin qaynar xəttinə müraciət edərək sertifikatlaşdırma imtahanında daha yüksək bal toplamasına baxmayaraq, birləşdirilmiş sinfin ona verilmədiyini bildirib.
2001-ci ildən məktəbdə çalışan müəllimin sözlərinə görə, 41 bal topladığı halda, 37 bal toplayan həmkarına birləşdirilmiş sinif həvalə edilib. O, dərs bölgüsündə rüşvətin rol oynadığını iddia edir və etirazından sonra təzyiqlə üzləşdiyini bildirir.
“İmtahan nəticələrinə uyğun olaraq sinfimi istəyirəm. Hazırda o müəllimənin 27 saat dərsi var, mənim isə 14 saat. Bu, hansı qanuna uyğundur?”, – deyə Aynurə Umudova qeyd edib.
Müəllim məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etsə də, şikayətinin dinlənilmədiyini deyir.
Qurumdan Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, şagird sayının azlığı səbəbindən 2026-2027-ci tədris ilində iki sinifdən birinin birləşdirilməsi zərurəti yaranıb. Birləşdirilməsi nəzərdə tutulan siniflərdən birində 37 bal toplayan İlhamə Niyazovanın sinfində 17, 41 bal toplayan Aynurə Umudovanın sinfində isə 8 şagird təhsil alıb.
Qurumun açıqlamasına görə, qərar verilərkən sertifikatlaşdırma nəticələri ilə yanaşı, şagirdlərin mənafeyi, psixoloji vəziyyəti və təlim prosesinin davamlılığı da nəzərə alınıb. Nəticədə birləşdirilmiş dördüncü sinif İlhamə Niyazovaya həvalə edilib.
#Tovuz rayonu teqi istifadə olunub
- Ər 20 yaşlı arvadını niyə bıçaqladı? - “Dedi, onun başını böyrünə qoymağa gələcəyəm” - Baku TV
- "Müayinə edəndə gördük ki..." | Tovuzda yük maşını elektrik dirəyinə çırpıldı - Baku TV
- Tovuzda ikimərtəbəli evdə yanğın | Kömək etmək istəyən qonşular zəhərləndi - Baku TV
- Tovuzda sürücülər arasında mübahisə qətllə nəticələnib - Baku TV
- Tovuz sakinindən əlilliyin təyin olunması ilə bağlı şikayət | Qurumdan cavab - Baku TV
