Pleyeri seçin:

“Hələ nələr olacaq, onu Allah bilir" | Balaxanıda faciə: "Hamısında da elə vurublar ki..." - Baku TV

02 sentyabr 2026 246 baxış

Sabunçu rayonunun Balaxanı qəsəbəsində, “İkinci Mədən” adlanan ərazidə təhlükəli vəziyyət hökm sürür.

Sakinlərin sözlərinə görə, ərazidə yol hərəkətinin təhlükəsizliyi üçün zəruri nişanlar və infrastruktur yoxdur. Belə ki, yolda piyada keçidi, dayanma və durma nişanları, həmçinin işıqlandırma sistemi mövcud deyil. Avtomobillər üçün sürət həddinin müəyyən edilməməsi də vəziyyəti daha da çətinləşdirir.

Sakinlər bildirirlər ki, bu səbəbdən ərazidə tez-tez yol-nəqliyyat hadisələri baş verir. Onların sözlərinə görə, bir neçə dəfə piyadaların vurulması ilə nəticələnən qəzalar olub, hətta ölüm və xəsarətlə nəticələnən hadisələr də qeydə alınıb.

Sakinlərdən biri bildirib ki, yolun mərkəzi istiqamətə gedən əsas yollardan birinə çevrilməsi ilə nəqliyyatın intensivliyi artıb:

“Bu yol artıq mərkəzi yola çevrilib, maşınlar ara vermir. Piyada keçidindən keçmək mümkün deyil. Üstəlik, ötmələr olur. Maşınlar dayananda ötməyə çıxan avtomobil gəlib qəza törədib. Burada yol qəzasında bir nəfər ölüb, dörd nəfər yaralanıb, bir neçə avtomobilə də ziyan dəyib. Ona görə də ilk növbədə ötmənin qadağan edildiyini bildirən nişan qoyulmalıdır. İkinci olaraq sürət həddi müəyyən edilməlidir. Çünki bu, qəsəbə yoludur. Məktəb açılandan sonra vəziyyətin necə olacağını təsəvvür etmək çətindir”.

Başqa bir sakin isə qeyd edib ki, yolun bir tərəfindən digər tərəfinə keçmək xüsusilə uşaqlar və yaşlılar üçün ciddi çətinlik yaradır:

“Vəziyyətimiz çox pisdir. Uşaqlarımız, qocalarımız yolun o biri tərəfinə keçməkdə çox çətinlik çəkirlər. Burada bir neçə uşaq vurulub. İki-üç ölüm hadisəsi olub. Demək olar ki, 10 gündən bir qəza baş verir. Xahiş edirik, aidiyyəti və səlahiyyətli qurumlar bizə kömək etsin. Heç olmasa, yolda sürət həddi müəyyənləşdirilsin”.

TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
İlin sonunadək gözlənilən proqnozlar

İlin sonunadək gözlənilən proqnozlar

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR

Paytaxta gedən sürücüləri hansı yeniliklər gözləyir? - ƏSAS XƏBƏR

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
"Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı

"Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

İl sonunda əmlak almaq istəyənlərin diqqətinə | Hansı mənzillər daha da bahalaşacaq? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

“3 min oğurlayıb, narkotik çəkib” | “Hoqqa”da qalmaqal | “Mikrofonu ağzıma niyə soxursan?” - Baku TV

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

“Hər işi mənə gördürüb” deyən baristaya kofeşopdan hansı cavablar gəldi? - Baku TV CANLI

Cəmiyyət
19 oktyabr 2026 246 baxış
Seçilmişlər
icon