Pleyeri seçin:
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsi artırılır
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Ehtiyatdan çağırılanlar müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.
Kopyalandı
#Hərbi vəzifəlilər teqi istifadə olunub
- Hərbi vəzifəlilərin etdikləri ifşa edildi | Görün nələr ortaya çıxdı
- Dövlət xidməti vətəndaşlara müraciət etdi | Detallar açıqlandı
- Silahlar işə salındı | Hərbi vəzifəlilərə tapşırıq verildi
- Atıcı silahlar işə salındı | Hərbi vəzifəlilər ehtiyatdan çağırıldı
- Hərbi vəzifəlilər döyüşə hazırlaşır | Nazirlik vacib məlumat yaydı
