Pleyeri seçin:

İl ərzində heç bir iş görülməyib | İncəsənət Gimnaziyasında oxuyanların valideynləri şikayətləndi

24 may 2025 577 baxış

İncəsənət Gimnaziyasında oxuyan şagirdlərin valideynləri təhsil ocağının bir ildən çoxdur ki, təmirə bağlanmasından şikayətçidirlər.

Onlar övladlarının yaradıcı dərslərdən geri qaldıqlarını bildirirlər.

“Bir il ərzində heç bir iş görülməyib. Ölkədə bir İncəsənət Gimnaziyası var. Bu məktəbə qarşı belə laqeyd münasibət göstərilməməlidir”, – valideynlərdən biri söyləyib.

“Bizim bu məktəbi seçmə səbəblərimizdən biri də incəsənət sahəsinin olması idi. Uşaqlarımız rəqsi onlayn necə öyrənəcəklər? Onlar indi təhsil aldıqları məktəbdə dərsdən tamamilə soyuyublar. Biz ya məktəbin bərpa olunmasını, ya da bu profildə başqa məktəbin səhər növbəsində istifadəyə verilməsini istəyirik”, – deyə başqa bir valideyn bildirib.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası binasının bərpa gücləndirilməsi çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi mərhələsi artıq başa çatıb. Hazırlanmış müvafiq sənədlər aidiyyəti qurumlara təqdim olunub. Yenilənmiş layihə üzrə məktəb binasının əsaslı təmir-bərpa işləri müvafiq qaydada davam edir. 

“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
Son dəqiqə: Ramiz Mehdiyevin məhkəmə iclasının vaxtı dəyişdi - Baku TV

Son dəqiqə: Ramiz Mehdiyevin məhkəmə iclasının vaxtı dəyişdi - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
Ramiz Mehdiyevin məhkəməsindən yeni detallar - Baku TV CANLI

Ramiz Mehdiyevin məhkəməsindən yeni detallar - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
Əlixan Rəcəbov da şikayətçidir: Səbail sakinlərinin problemi nə vaxt həll ediləcək? - Baku TV CANLI

Əlixan Rəcəbov da şikayətçidir: Səbail sakinlərinin problemi nə vaxt həll ediləcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
Səs-küydən bezən sakinlərin etirazına verilən cavab şoka saldı - Baku TV CANLI

Səs-küydən bezən sakinlərin etirazına verilən cavab şoka saldı - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 577 baxış
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 577 baxış
Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 577 baxış
Seçilmişlər
icon