İşsizlərin diqqətinə: necə maaş ala bilərsiniz?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2018-ci ildən İşsizlikdən sığorta haqqında qanun qüvvədədir.
Qanunvericiliyə görə, işçilər maaşlarının 0,5 faizini, işəgötürənlər isə əməkdaşlarına ödədikləri məvacibin 0,5 faizi nisbətində İşsizlikdən Sığorta Fonduna ödəniş edirlər. Məqsəd itirilmiş əməkhaqqının kompensasiya olunması və işsizliyin yaranması hallarının aradan qaldırılmasıdır.
Hüquqşünas Sahib Məmmədov işsizlərə hansı hallarda ödəniş edildiyinə aydınlıq gətirib:
“Yalnız əmək müqaviləsinin vaxtı bitənlər və ixtisara düşənlər bu ödənişə iddia edə bilərlər. Həmin pul da həmişə verilməyə bilər. İşsiz qalmış şəxsə iki dəfə peşəsinə uyğun iş təklif edilir. Qəbul etməyəndə bu ödəniş edilmir”.
İşsizlikdən Sığorta Fondunun ötən illər üzrə büdcəsinə nəzər salanda məlum olur ki, xərclərin az hissəsi işsizliyə görə sığorta ödənişlərinə yönəldilir. Təkcə 2023-cü ildə Fondun xərclərinin 218 milyon manata yaxın olacağı gözlənilir ki, bunun cəmi 13 milyon 500 min manatı və ya 6,2 faizi işsizlikdən sığorta ödənişi üçündür. Amma fondun büdcəsində bu istiqamətdə fəaliyyət göstərən qurumlara işsizlikdən sığorta ödənişlərindən 4 dəfə çox vəsaitin ayrılması nəzərdə tutulub.
#İşsizlik teqi istifadə olunub
- "Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"
- "4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV
- Bankdan tutulan komissiya vətəndaşın cibindən çıxacaq? | Xərci sonda kim ödəyəcək? - XÜLASƏ
- Dünya Bankı süni intellektin gələcəyi ilə bağlı proqnoz verib
- Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir? - Baku TV CANLI
