Pleyeri seçin:

Keçmiş nazirlər arasında pensiya sorğusu keçirildi | Görün nə dedilər

01 fevral 2024 734 baxış

Azərbaycanda sabiq deputat və nazirlərin nə qədər pensiya alması hər zaman maraq doğurub.

Ölkə qanunvericiliyinə görə, Milli Məclisin deputatları əməkhaqlarının 80%-i qədər pensiya alır.

Bəs sabiq nazirlərin pensiya təminatı necə tənzimlənir?

Mövcud qanunvericiliyə görə, pensiyanın miqdarı dövlət qulluğunda xidmət illərindən asılı olaraq dəyişir. Belə ki, miqdar aşağıdakı kimi təyin edilir:

– dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 60 faizi miqdarında;

– dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 70 faizi miqdarında;

– dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 80 faizi miqdarında.

Bəs hazırda sabiq nazirlər nə qədər pensiya alır? Onlar pensiya təminatlarından razıdırlar?

Modern.az məsələ ilə bağlı olaraq eks-nazirlər arasında sorğu keçirib. Sabiq maliyyə naziri Əvəz Ələkbərov bildirib ki, pensiya təminatından razıdır:

“Pensiya təminatımdan tamamilə razıyam. Dövlətimiz bu barədə bizə yaxşı qayğı göstərir. Deputatların pensiyası isə nazirlərin pensiyasından üstündür. Onların qəbul etdikləri qanunlar, əmək haqlarına əlavələr və digər imtiyazları nazirlərdən çox olduğuna görə bizdən 20-30 faiz çox pensiya alırlar”.

Sabiq maliyyə naziri 25 il dövlət qulluqçusu olduğunu və buna uyğun pensiya aldığını deyib:

“25 il dövlət qulluqçusu olmuşam. Ona görə də tam dövlət qulluqçularına uyğun pensiya alıram. Bu məbləğin maaşımın neçə faizi olduğunu hesablamamışam. Bundan əlavə, universitetdə dərs deyirəm və kafedra müdiriyəm. Beləliklə, maddiyatla bağlı məsələ bugünkü vəziyyətdə normaldır”.

Digər bir sabiq nazir Fikrət Yusifov isə 25 il dövlət qulluğunda çalışan hər kəs kimi pensiya aldığını söyləyib.

“25 il dövlət qulluğu olan hər kəs çalışdığı vəzifənin əmək haqqının 80%-ni alır. Bu qanunda var”, – o deyib.

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 734 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 734 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 734 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 734 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 734 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 734 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 734 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 734 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 734 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 734 baxış
Seçilmişlər
icon