Pleyeri seçin:

“Kəsməmişdən əvvəl mütləq...” | Qarpızı soyuducuda nə qədər saxlamaq olar?

07 iyul 2025 856 baxış

Yay aylarının sevilən giləmeyvələrindən biri də qarpızdır.

Qarpız həzm prosesini rahatlaşdırır, həmçinin susuzluğu aradan qaldırır. Hər nə qədər qarpızı çox sevsək də, mütəxəssislər bu dövrdə onun istehlakına ehtiyatla yanaşmağı tövsiyə edirlər. Son zamanlar bu giləmeyvədən zəhərlənənlərin sayı da az deyil.

Mütəxəssislər bildirirlər ki, sağlam və təhlükəsiz qarpız istehlakı üçün ən münasib vaxt iyul ayından başlayır.

“Qarpızın təbii şəkildə yetişmə dövrü iyulun sonu, avqustun əvvəlləridir. Bəzi fermerlər onun daha tez yetişməsi üçün müxtəlif dərmanlardan istifadə edirlər. Bu səbəbdən zəhərlənmə halları baş verir.

Torpağa azot tərkibli gübrələr verilir və normaya əməl olunmadıqda həddindən artıq çox gübrə verilməsi qarpızın tərkibində nitratın miqdarını artırır. Çox vaxt isə yol kənarında satılan qarpızlar günün altında saatlarla, bəzən günlərlə qalır və nəticədə, keyfiyyətini itirir, zəhərlənməyə səbəb olur”, – deyə sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

Ekspert qeyd edib ki, qarpızı kəsməzdən əvvəl mütləq yumaq lazımdır: “Kəsdikdən sonra iki saatdan artıq otaq temperaturunda saxlamaq olmaz. Soyuducuda isə 1 gündən artıq saxlamaq tövsiyə edilmir”.

Həkimlərin sözlərinə görə, qarpız qaraciyər, mədə və ürək xəstəlikləri zamanı istifadə edilən pəhriz reseptlərinə daxildir. Böyrəklərdəki daş və duzları əritmək üçün də bu giləmeyvə ən yaxşı vasitələrdən biri hesab olunur. Həmçinin piylənmə problemi olan insanlar qarpızdan daha çox istifadə edə bilərlər. 

Banner
Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
15 oktyabr 2026 856 baxış
Arıqlama zamanı protein qəbulu ilə bağlı əsas məqamı mütəxəssis açıqlayıb

Arıqlama zamanı protein qəbulu ilə bağlı əsas məqamı mütəxəssis açıqlayıb

Cəmiyyət
15 oktyabr 2026 856 baxış
Yuxu və hərəkət rejimi qanda şəkərə nəzarəti asanlaşdırmağa kömək edə bilər

Yuxu və hərəkət rejimi qanda şəkərə nəzarəti asanlaşdırmağa kömək edə bilər

Cəmiyyət
15 oktyabr 2026 856 baxış
Psixoloq pis yuxuların təsirindən qurtulmağa kömək edən sadə tövsiyələr verib

Psixoloq pis yuxuların təsirindən qurtulmağa kömək edən sadə tövsiyələr verib

Cəmiyyət
15 oktyabr 2026 856 baxış
Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV

Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 856 baxış
Tərtər qəbiristanlığının Ermənistan ordusu tərəfindən atəşə tutulmasından 6 il ötür - Baku TV

Tərtər qəbiristanlığının Ermənistan ordusu tərəfindən atəşə tutulmasından 6 il ötür - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 856 baxış
"Rebuild Garabagh" sərgisində panel müzakirə | "Bu gün həm gəncləri dinlədik, həm də..." - Baku TV

"Rebuild Garabagh" sərgisində panel müzakirə | "Bu gün həm gəncləri dinlədik, həm də..." - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 856 baxış
Novxanıda ferma ilə bağlı şikayətlər | Sakinlər hansı problemlərdən narazılıq edir? - 24 SAAT

Novxanıda ferma ilə bağlı şikayətlər | Sakinlər hansı problemlərdən narazılıq edir? - 24 SAAT

Cəmiyyət
14 oktyabr 2026 856 baxış
Novxanıda ferma qalmaqalı | Sakinlərin narazılığına səbəb olan problem nədir? - Baku TV

Novxanıda ferma qalmaqalı | Sakinlərin narazılığına səbəb olan problem nədir? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 856 baxış
“Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV

“Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV

Cəmiyyət
14 oktyabr 2026 856 baxış
Seçilmişlər
icon