Pleyeri seçin:

LGBT fəalı Əvəz Hafizlinin qətlinin təfərrüatları məlum oldu

05 oktyabr 2023 399 baxış

2022-ci il fevralın 22-də 1998-ci il təvəllüdlü Əmrulla Güləliyev adlı şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gələrək Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən nömrəsiz fərdi evdə bir nəfəri öldürməsi barədə məlumat verir və sübut kimi bir ədəd tiyəsi əyilmiş bıçağı təqdim edir.

Onun göstərdiyi ünvana baxış keçirilir və evin həyətində 1998-ci il təvəllüdlü Əvəz Şıxməmmədovun meyiti aşkar olunur. Fakt üzrə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

Məlumata görə, həmin şəxs internet televiziya kanalında “Əvəz Hafizli” adı ilə müxbir vəzifəsində çalışıb, LGBT fəalı kimi tanınıb. Hətta 2021-ci ildə cinsi azlıqların üzləşdiyi təhdidlərlə bağlı tədbir görülməməsi iddiası ilə etiraz olaraq Baş Prokurorluğun yaxınlığında özünü hasara zəncirləyib. Əvəzin dostları bildirib ki, cinsi oriyentasiyasına görə ailəsi və qeyriləri tərəfindən təzyiqlərə məruz qalıb. Bu səbəbdən də kirayə evlərdə yaşayıb. Bəzi qohumları onunla əlaqəni kəsib.

İş üzrə dindirilmiş Əmrulla Güləliyev bildirib ki, Əvəz Şıxməmmədov onun ögey əmisinin oğlu olub. 2014-cü ildə qohum-əqrəbasından onun cinsi azlıq nümayəndəsi olmasını və əxlaqsız həyat tərzi sürməsini eşidib və bundan çox əsəbiləşib. Əvəzi axırıncı dəfə Balaxanı qəsəbəsində qırmızı rəngli qadın paltarında qarşısından keçərkən görüb. İnternetdə, sosial şəbəkələrdə də tez-tez Əvəzin videolarına rast gəlib.

Fevralın 22-də günorta saat 2 radələrində Əvəzin yaşadığı evə yollanıb. Həyətin darvazası və evin qapısı açıq olub. Həyətə girərkən qapını arxadan bağlayıb. İçəri keçdikdə Əvəzin oturub telefona baxdığını görüb. Ondan özünü yığışdırmasını, bu cür həyat tərzindən uzaqlaşmasını tələb edib. Əvəzin cavabında “özüm bilərəm, şəxsi həyatımla bağlı hər şeyə özüm qərar verirəm” deməsindən sonra aralarında mübahisə yaranıb. Bundan hiddətlənən Əmrulla mətbəxdən bıçaq götürərək ona ümumilikdə 12 dəfə zərbə vurub. Əvəzin öldüyünü gördükdən sonra polis orqanına gedərək törətdiyi cinayəti etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Əmrulla Güləliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Aleksandr Şarovskinin dəfn mərasimindən görüntülər - Baku TV

Aleksandr Şarovskinin dəfn mərasimindən görüntülər - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
"Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV

"Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
"Keyfiyyəti yoxdur deyə çökür" | Yolların asfalt örtüyü niyə tez-tez sıradan çıxır? - Baku TV

"Keyfiyyəti yoxdur deyə çökür" | Yolların asfalt örtüyü niyə tez-tez sıradan çıxır? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
"Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində nümayəndə heyəti Xankəndidə - Baku TV

"Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində nümayəndə heyəti Xankəndidə - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
"Sümüyüm çıxmışdı çölə" | Motosikletlə toya gələn gəlin və bəy qonaqları şoka saldı - Baku TV

"Sümüyüm çıxmışdı çölə" | Motosikletlə toya gələn gəlin və bəy qonaqları şoka saldı - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV

Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
"Hər zaman yaddaşlarda qalacaq" | Aleksandr Şarovski ilə vida mərasimi - Baku TV

"Hər zaman yaddaşlarda qalacaq" | Aleksandr Şarovski ilə vida mərasimi - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
Layihədə iştirak proseduru necədir?

Layihədə iştirak proseduru necədir?

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
"Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV

"Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
"Zəfərin yolu: Qələbənin izi ilə" | Üç ölkədən olan azərbaycanlı din xadimləri Ağdamda - Baku TV

"Zəfərin yolu: Qələbənin izi ilə" | Üç ölkədən olan azərbaycanlı din xadimləri Ağdamda - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 399 baxış
Seçilmişlər
icon