Lökbatan sakinləri su probleminin illərdir həll olunmamasından narazılıq edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 24-cü binanın sakinləri uzun müddətdir ki, içməli su problemi ilə üz-üzə qalıblar.
Onların sözlərinə görə, gün ərzində mənzillərə, ümumiyyətlə, su verilmir. Su yalnız gecə saatlarında və zəif təzyiqlə gəlir. Məhz bu səbəbdən vətəndaşlar məcburən gecə saatlarında su ehtiyatı toplayırlar.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək problemin həlli istiqamətində heç bir addım atılmayıb.
“Yay başlayandan əziyyət çəkirik. Özüm onkoloji xəstəyəm. Gündüzlər su gəlmir, gecələr isə damcı-damcı yığmağa məcbur oluram. Su olmadan həyat ola bilərmi?!”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə vurğulayıb: “Evdə iki xəstəm var. Su yalnız gecə gəlir. Yataq xəstəsinə həmin saatda necə baxım, paltarını necə yuyum? Çox əziyyət çəkirik”.
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
