“Maşınlar, avtobuslar bu yolda batır” | Sumqayıtda sakinlər çıxılmaz durumda
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, yolda uzun müddətdir aparılan təmir işləri hələ də başa çatmayıb. Son günlər yağan intensiv yağışlar isə vəziyyəti daha da çətinləşdirib.
“Bir ilə yaxındır ki, burada təmir işləri getsə də, proses hələ də yekunlaşmır. Yağış yağanda hərəkət etmək daha da çətinləşir. Mağazaya getmək üçün bir saat vaxt sərf edirəm”, – onlardan biri söyləyib.
Digər bir vətəndaş isə narazılığını belə ifadə edib:
“Yollar palçıq içindədir. Uşaqlar məktəbə gedə bilmirlər. Maşınlar, avtobuslar bu yolda batır, insanlar əziyyət çəkirlər. Yol tez bir zamanda düzəlsə, yaxşı olar”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə kanalizasiya və yağış suları sisteminin yenidən qurulması istiqamətində mühüm infrastruktur layihəsinin icrasına başlanılıb:
“Sözügedən ərazidə yeni kanalizasiya xətti çəkilmiş və hazırda həmin hissədə işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra ərazidə asfaltlanma prosesi həyata keçiriləcək”.
#Sumqayıt teqi istifadə olunub
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
- Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV
