Pleyeri seçin:

Maskdan bəşəriyyəti narahat edən proqnoz | Gələcəkdə hansı ixtisaslara ehtiyac qalmayacaq? - Baku TV

24 iyul 2026 286 baxış

Dünyada rəqəmsallaşma və süni intellektin sürətli inkişafı əmək bazarını və ali təhsil sistemini dəyişir. Bir sıra ənənəvi ixtisaslar aktuallığını itirir, onların yerini isə yeni texnologiyalarla bağlı peşələr tutur.

Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin İdarə Heyətinin sədri Bəxtiyar Nəcəfov bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrində ixtisas xəritəsi yenilənir.

“Çində bir sıra köhnəlmiş ixtisaslar bağlanır, onların əvəzinə data analitikası, süni intellekt, bərpa olunan enerji, kənd təsərrüfatı texnologiyaları, sualtı dronlar, müasir balıqçılıq texnologiyaları və süni intellekt psixologiyası kimi yeni ixtisaslar yaradılır”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, Azərbaycanda da yeni ixtisasların açılması istiqamətində müəyyən addımlar atılır. Lakin proses kifayət qədər sürətli deyil və əsas problemlərdən biri mütəxəssis çatışmazlığıdır.

“Yeni ixtisas yaratmaq və onu universitetdə açmaq mümkündür. Ancaq həmin ixtisası tədris edəcək müəllim heyətimiz yoxdur. Dünyada da bu sahədə kadr çatışmazlığı müşahidə olunur. Fərq ondadır ki, digər ölkələrdə mütəxəssislər var, sadəcə, onların sayı azdır. Bizdə isə bəzi yeni sahələr üzrə kadr demək olar ki, yoxdur”, – Bəxtiyar Nəcəfov vurğulayıb.

Onun fikrincə, mövcud professor-müəllim heyətinin uzunmüddətli təhsil proqramlarına cəlb edilməsi çətin olduğundan daha çevik üsullardan istifadə edilməlidir.

“Xaricdən mütəxəssislər dəvət etməklə yerli müəllimlər üçün 3 və 6 aylıq proqramlar təşkil etmək, onların biliklərini yeniləmək olar. Eyni zamanda xaricdə təhsil alan gənclərin yeni ixtisaslara yönləndirilməsi və təhsildən sonra ölkəyə qaytarılması vacibdir. Hazırda ən real həll yollarından biri budur”, – ekspert bildirib.

Banner
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 286 baxış
Seçilmişlər
icon