Pleyeri seçin:

Məşhur aparıcı Xose Bernardo necə narkoman oldu? | Aldadıb bədbəxt etdilər - ARZUNUN VAXTI

21 yanvar 2025 582 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında narkotikdən əziyyət çəkən Xose Bernardo pis vərdişinin onun həyatındakı mənfi təsirlərindən bəhs edib.

Ətraf mühitin insanın həyatında önəmli yer tutduğunu söyləyən Xose Bernardo bildirib ki, onun narkotik maddədən istifadə etməsində ətrafındakı insanların rolu olub:

“Məni hər gün məclislərə, klublara dəvət edirdilər. Yanımda bir xanım narkotikdən istifadə etdi. Bu zaman elə vəziyyət yarandı ki, mən də ondan istifadə etməli oldum. Üç ay o xanımla bərabər oldum, sonra gördüm ki, artıq narkotikdən asılıyam. Bunun pis yol olduğunu bilirdim, amma həmin dövrdə insan sağlam düşüncəyə sahib olmadığı üçün vəziyyəti tam dərk etmir. Sonra elə dostlarım oldu ki, narkotik istifadəçisi olduğumu öyrənəndə məndən uzaqlaşdılar, buna görə onları qınamıram”.

X.Bernardo ailəsinin onun narkotik istifadəçisi olduğunu öyrənən zaman verdikləri reaksiyadan danışıb.

“Evdəkilərə bunu etiraf edəndə çox pis reaksiya verdilər, məndən belə bir şey gözləmirdilər. Amma həmin dönəmdə şahid oldum ki, insanın pis günündə də, yaxşı günündə də ona dayaq olan ailədir. Sonra qısamüddətli müalicələr aldım.

Fasilələrlə beş il narkotikdən istifadə etmişəm. Son bir ildə gördüm ki, bu yolda olan insanlar ya cəzaçəkmə müəssisəsində, ya dünyasını dəyişib, ya da elə vəziyyətdədirlər ki, o hala düşməyi qüruruma sığışdırmadım. Bu an uçuruma getdiyimi gördüm. Narkotikə görə karyeramın ən yaxşı vaxtlarını, gözəl dostlarımı, ailəmin etibarını itirdim”, – deyə o söyləyib.

Banner
Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Media və Yayım Şurasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 582 baxış
"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

"Camaatın 90 %-i kələm əkir" | Qusarda fermerlərin kələmin satış qiymətlərindən narazılığı - Baku TV

Cəmiyyət
05 noyabr 2026 582 baxış
Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Dövlət və özəl təhsil müəssisələri arasındakı fərqlər

Cəmiyyət
05 noyabr 2026 582 baxış
Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - "Uşaqlarıma "miqrant" deyirlər" - Baku TV

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - "Uşaqlarıma "miqrant" deyirlər" - Baku TV

Cəmiyyət
05 noyabr 2026 582 baxış
Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 582 baxış
Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 582 baxış
5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

Cəmiyyət
05 noyabr 2026 582 baxış
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 582 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 582 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 582 baxış
Seçilmişlər
icon