Pleyeri seçin:

Mirzoyan Nüvədini Zəngilandan ayırıb Meğrinin tərkibinə daxil edib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

10 iyul 2023 393 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, fəlsəfə doktoru Alqış Həsənoğlu olub. O, doğulub boya-başa çatdığı, yeniyetmə və gənclik illərini yaşadığı Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndindən söhbət açıb.

Qərbi Azərbaycanda strateji əhəmiyyət daşıyan bu yaşayış məntəqəsinin yaranması, tarixi, inkişaf dövrü barədə danışan A.Həsənoğlu vurğulayıb ki, tarixin bütün dövrlərində Nüvədi Azərbaycan türklərinin yaşayıb-yaratdığı məskən olub: “1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda da Nüvədi Azərbaycanın tərkibində, azərbaycanlıların yaşadığı kənd yaşayış məntəqəsi olub. 1926-1929-cu illərdə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olan Levon Mirzoyan bu strateji Azərbaycan kəndini Ermənistana bağışlayıb. Beləliklə də Nüvədi Azərbaycanın Zəngilan rayonundan ayrılaraq Ermənistanın Meğri rayonunun tərkibinə qatılıb. Lakin 1969-cu ilə qədər Ermənistan parlamenti bu barədə sənədi təsdiqləməyib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən az öncə ermənilər bu sənədi parlamentdə təsdiqləyərək, bu saxtakarlığa, özününküləşdirməyə hüquqi don geyindiriblər”.

Nüvədi sakinlərinin üzləşdiyi faciələrdən söhbət açan Əməkdar jurnalist bildirib ki, nüvədililər ötən əsrdə üç dəfə erməni işğalına məruz qalıb: “Nüvədi kəndi 1905, 1918 və 1991-ci illərdə erməni daşnaklarının işğalına, talanına məruz qalıb. Ötən əsrin əvvəlində baş vermiş iki işğal zamanı Qərbi Azərbaycanın bütün yaşayış məntəqələrində olduğu kimi, Nüvədidə də soydaşlarımız talana, təqibə, qətliama məruz qalıblar. 1988-ci il deportasiyası zamanı isə nüvədililər 3 il müqavimət göstərdilər, doğma kəndlərini tərk etmək istəmədiklərini nümayiş etdirdilər, son ana qədər mübarizə apardılar. Qərbi Azərbaycanın demək olar ki, bütün yaşayış məskənlərindən azərbaycanlılar deportasiya olunmuşdu. Yalnız Nüvədidə kənd sakinləri arasında olan birlik, ruh yüksəkliyi, mübarizə əzmi ermənilərə qarşı dirəniş bu yaşayış məntəqəsinin də boşaldılmasının qarşısını alırdı. Ermənilərlə münasibətləri tənzimləyən rus əsgərləri Nüvədi sakinlərinin öz kəndlərini tərk etmədiklərini görüb məqsədli şəkildə xidmət yerlərini dəyişdilər, əhalini tamam müdafiəsiz qoydular. Belə reallıqda mənəvi ruh yüksəkliyi ilə bir yerə qədər mübarizə aparmaq olur. O dövrdə Azərbaycan rəhbərliyi tərəfindən bizlərə hər hansı hərbi, siyasi, mənəvi dəstək göstərilmədiyindən kənd camaatını qırğına verməmək üçün 1991-ci ildə Nüvədini tərk etmək məcburiyyətində qaldıq. Beləliklə, Qərbi Azərbaycanda sonuncu yaşayış məntəqəsi də boşaldı, ermənilərin əlinə keçdi. Halbuki hərbi dəstək olsaydı, o dövrdə Nüvədi kimi alınmaz qalanı sonuna qədər müdafiə etmək, qorumaq olardı”.

"Bakılılar bir-birinin arxasında dayanmır" | "Rayonlu idi deyə nişanı qaytarmaq istədi" - O VAXTLAR

"Bakılılar bir-birinin arxasında dayanmır" | "Rayonlu idi deyə nişanı qaytarmaq istədi" - O VAXTLAR

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
Autizmlə bağlı əsas problemlər gündəmə gətirildi - Baku TV

Autizmlə bağlı əsas problemlər gündəmə gətirildi - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV

11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
Şamaxıda "Nəsimi Bağları" kompleksi | “Nəsiminin 21 metrlik abidəsi xüsusi diqqət çəkir” - Baku TV

Şamaxıda "Nəsimi Bağları" kompleksi | “Nəsiminin 21 metrlik abidəsi xüsusi diqqət çəkir” - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
Qaraçuxur qəsəbəsinin sakinləri şikayətçidir

Qaraçuxur qəsəbəsinin sakinləri şikayətçidir

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV

Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
"Təlimdə əsas məqsəd..." | İmişlidə kompleks mülki müdafiə təliminə 42 texnika cəlb edildi - Baku TV

"Təlimdə əsas məqsəd..." | İmişlidə kompleks mülki müdafiə təliminə 42 texnika cəlb edildi - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
Təmir bitdi, təhlükə ortaya çıxdı | Bu yollarda qəza olsa, kim cavab verəcək? - NECƏ OLMALIDIR?

Təmir bitdi, təhlükə ortaya çıxdı | Bu yollarda qəza olsa, kim cavab verəcək? - NECƏ OLMALIDIR?

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV

10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
“Onlar olmasa, ölərəm” | 30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Baku TV

“Onlar olmasa, ölərəm” | 30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Baku TV

Cəmiyyət
18 sentyabr 2026 393 baxış
Seçilmişlər
icon