Mövsüm meyvələrinin qiyməti neçəyədir? | Satıcı və alıcılar danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Mövsümi meyvələr artıq bazarlarda satışa çıxarılıb.
Piştaxtaları bəzəyən bu meyvələrin qiyməti heç də ucuz görünmür.
Bəs alıcılar necə, bu qiymətlərdən razıdırmı? Baku TV-nin əməkdaşı alıcı və satıcıların fikirlərini öyrənib.
Alıcılar məhsulun keyfiyyətindən razı qalsalar da, qiymətin bahalı olmasından gileyləniblər.
Satıcılar deyirlər ki, satışda olan narlar daha çox Sabirabad narlarıdır. Yaxşı narın qiyməti 3 manatdan başlayır. Göyçay narı isə hələ noyabr ayında satışa çıxarılacaq.
“Feyxoanın kilosu 10 manatdır. Lənkəran, Astara məhsuludur. Nar 5 manata da var, 8 manata da. Ölçüsünə görə dəyişir. Heyvanın kilosu 6 manatdır. Xurmanın kiloqramı keyfiyyətindən asılı olaraq 3-4 manat arasında dəyişir”, – deyə satıcı bildirib.
#Mövsümi meyvələr teqi istifadə olunub
- Dadlı qarpızı seçməyin asan yolu | Nələri səhv bilirik?
- Əvvəl bazara ürəklə girirdik, indi isə… | Alıcılar narazıdır
- Bazarda gözü kəlləyə çıxaran meyvələr | Qiymətlərin baha olmasının səbəbi
- Bazarda qiymətlər niyə bahadır? - Alıcılar da şikayət edir, satıcılar da
- 1000 manatlıq alçalar 25-ə düşdü | Meyvələrin ucuzlaşmasına sakinlərdən reaksiya
