Pleyeri seçin:

Müəllimi Milli Qəhrəman Natiq Qasımovdan danışdı | O, elə bir şagird idi ki...

02 dekabr 2024 501 baxış

Təhsil aldığı məktəb bundan sonra Milli Qəhrəman Natiq Qasımovun adını daşıyacaq. Söhbət Mingəçevir şəhərində yerləşən 4 saylı orta məktəbdən gedir.

Məktəbin direktoru Zaur Müseyibov Baş nazirin imzaladığı sərəncamın onları qürurlandırdığını deyib.

“Bizim üçün fəxrdir, 30 ildən sonra Prezidentimizin Fərmanı ilə Natiq Qasımova Milli Qəhrəman adı verildi. Biz bununla qürur duyuruq.

Bir neçə gün bundan qabaq Baş nazirimizin imzaladığı sərəncamla məktəbimizə Milli Qəhrəmanın adının verilməsi bizi daha da duyğulandırdı və sevindirdi. Artıq bizim qarşımızda duran əsas məsələ şagirdlərimizə belə bir qəhrəmanı tanıtmaq, Natiq Qasımov kimi yetişdirilməsini təmin etməkdir”, – deyə o bildirib.

Qeyd edək ki, Natiq Qasımov 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxır. Döyüşdə altı yoldaşı həlak olan Natiq mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Onun təslim olmayacağını anlayan ermənilər Natiqin qarşısına “əsirləri güllələyəcəyik” şərtini qoyurlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan qəhrəman kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Kilsədən böyük bir dəstənin çıxacağını gözləyən düşmən oradan əlində bayraq bir əsgərin çıxdığını görəndə azğınlaşıb. Natiq Qasımov əsir götürülüb.

Bildirək ki, Natiq haqda çəkilən filmdə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 501 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 501 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 501 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 501 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 501 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 501 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 501 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 501 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 501 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 501 baxış
Seçilmişlər
icon