Pleyeri seçin:
"O duruş Ramiz müəllimi bir az da ucaldır” | Görkəmli tarzənin qəbirüstü abidəsinin açılışı oldu
15 oktyabrda görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevin vəfatının birinci ildönümündə məzarı ziyarət olunub və qəbirüstü abidəsinin açılışı baş tutub.
Mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və yaxınları iştirak ediblər.
Xalq artisti Mənsum İbrahimov bildirib ki, Ramiz Quliyevin sənətdə qoyduğu iz 100 il sonra da qəlblərdə yaşayacaq:
“Buradakı izdiham Ramiz Quliyevə olan sevginin göstəricisidir. Vəfatından bir il ötür, amma xalq onu heç vaxt unutmur. Ramiz bəy xalqımızın qəlbində özünə abidə ucaltmış sənətkardır”.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev 2025-ci il oktyabrın 15-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Kopyalandı
#Ramiz Quliyev teqi istifadə olunub
- "Həkimlər razı idi, amma bir neçə saatın içində..." | Tarımızı dünyada tanıdan Ramiz Quliyev
- “İlk dəfədir bu günü onsuz keçiririk” | Xalq artisti Ramiz Quliyevin xatirəsi yad edildi - Baku TV
- "Onun bizə qoyduğu böyük miras..." | Görkəmli tarzən Ramiz Quliyevin xatirəsi yad edildi - Baku TV
- Mədəniyyət naziri Ramiz Quliyevlə vida mərasimində çıxış etdi
- Xalq artisti Ramiz Quliyevlə vida mərasimi - CANLI
