Pleyeri seçin:

Ölümə görə kompensasiya qalmaqalı | Şirkət niyə ödəniş etmir? - Baku TV

15 aprel 2026 344 baxış

Vətəndaş Qadir Ağayev iddia edir ki, atası “T.T.Ş-İnşaat” MMC və “Qayıdış” şirkətində ekskavator operatoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, atası iş zamanı xəsarət aldığından həyatını itirib.

Atasının ölümündən sonra şirkət rəhbərliyi mərhuma ödənilməli olan əməkhaqqının təqdim edilməsi üçün Qadir Ağayevdən vərəsəlik sənədi istəyib. Qadir Ağayev bildirir ki, sözügedən sənədi təqdim etsə də, şirkət ödəniş etməkdən imtina edib.

Məsələ ilə bağlı şirkətin hüquqşünası Asif Məmmədov bildirib ki, işçi işə çıxmadığı müddətdə belə ona bir il bir ay ərzində ödəniş edilib. Onun sözlərinə görə, həmin şəxs yaşadığı evdə insult keçirərək vəfat edib.

Asif Məmmədov qeyd edib ki, Qadir Ağayevə vərəsəlik sənədləri rəsmi qaydada təqdim olunarsa, qanunvericiliyə uyğun olaraq əməkhaqqının üç misli həcmində müavinət ödəniləcəyi bildirilsə də, sənədlər təqdim olunmayıb.

Bəs belə olan halda həlak olan şəxsin ailə üzvü hansı kompensasiya hüququna malikdir?

Hüquqşünas Şamil Paşayev vurğulayıb ki, mərhumun varisi onun hüquqlarını müdafiə etmək və şikayət etmək hüququna malikdir. Əgər tərəflər arasında münasibətlər əmək münasibəti deyil, xidməti və ya mülki müqavilə əsasında qurulubsa, bu halda hər hansı əməkhaqqı və ya təzminatın ödənilməsi mümkün deyil.

Hüquqşünas əlavə edib ki, əgər varis vəfat edən atasının maaşının təklif olunan məbləğdən daha yüksək olduğunu iddia edirsə, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, məsələ hazırda araşdırılır.

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

"Bilməzdim ki, o mənim qəhrəmanım olacaq" | "Canavar" ləqəbli qəhrəman Elnur Səmədov - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

"İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

“Ömür boyu açıq yeyiblər, indi niyə...?!" - Satışdakı yenilik ev məhsullarını bahalaşdıracaq?

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Kütləvi xəstəlik iddiası: Toyuq qıtlığının əsl səbəbi budur? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
Formula 1 könüllüləri Bakıda tarix yazır

Formula 1 könüllüləri Bakıda tarix yazır

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

"Qapının altından girdi..." | Günəşlidə dəhşət saçan ərazi | Sakinlər təşviş içində - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Ətraf ərazilərdən Bakıya gələn sərnişinlər üçün hansı yeniliklər edilib? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Günəşlidə dəhşət: İlanlar həyətlərə qədər necə gəlib çıxır? - Baku TV CANLI

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

“İkisinə minsinlər, elə mümkün deyil” | Yeni Günəşli sakinlərinin avtobus çiləsi - Baku TV

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?

Cəmiyyət
25 sentyabr 2026 344 baxış
Seçilmişlər
icon