Orxan Fikrətoğlunun "Dalandar D" kitabının təqdimat mərasimi keçirirlib - Baku TV
Azərbaycanlı yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun “Dalandar D” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.
Müəllif bildirib ki, kitab hekayələr toplusundan ibarətdir. Onun sözlərinə görə, topluda müxtəlif illərdə yazdığı hekayələr yer alıb.
“Ədəbiyyat son dayanacağımdır. Niyə? Çünki ilk dayanacağım da ədəbiyyat idi. “Dalandar D” kitabımın təqdimatıdır. Kitaba hekayələrim toplanıb və hər bir hekayə, təbii ki, bir yaşantıdır. Hər bir hekayə azərbaycanlı qəhrəmanın bir günüdür, bir hadisəsidir.
Düşünürəm ki, hər bir yazı bir qəhrəmanın taleyi olsa da, ümumilikdə Azərbaycan xalqının keçdiyi mərhələni, yaşadığı dövrü əks etdirir. Ona görə də hər bir hekayə, əslində, Azərbaycan xalqının, Azərbaycan gerçəkliyinin bütün dövrlərdə yaşayacağı və hiss edəcəyi duyğuların toplusudur”, – deyə o bildirib.
