Polisi maşını ilə əzmək istəyən şəxs cəzasız qalmadı
Bakıda polisin üzərinə avtomobil sürən şəxs həbs olunub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, aprelin 28-i saat 08:00 radələrində Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, idarə etdiyi avtomobillə xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə tabesizlik göstərən şəxs saxlanılıb.
Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 36 yaşlı Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış zamanı külli miqdarda heroin götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rauf Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.
Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə R.Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV
- Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV
- Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV
- Endirimli məhsul və kredit vədləri ilə qurulan tələ ifşa olundu - Baku TV
- “Ay xanım, sizə nə lazımdır axı?!” | Vətəndaşın torpağını kim zəbt edib? - Baku TV
