Pleyeri seçin:

“Promalt” MMC-nin arpa emalı müəssisəsinə mediatur təşkil olunub

30 oktyabr 2025 392 baxış

“Oktyabrın 28-də İmişlidə açılışı olan “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsi Cənubi Qafqazda pivəlik arpa emalı üzrə ixtisaslaşmış ilk istehsal obyektidir”.

Bu fikirləri Azərbaycan Biznesinin İnkişafı Fondunun Baş Direktoru Murad Abdullayev Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə deyib.

O qeyd edib ki, müəssisədə arpanın xüsusi prosedurlardan keçərək emalı nəticəsində pivə istehsalında əsas xammal olan malt istehsal edilir:

“Müəssisənin illik istehsal gücü 11 min ton təşkil edir. Müəssisə bir sıra göstəricilərinə görə ölkə iqtisadiyyatı üçün önəmlidir. Belə ki, müəssisə malt xammalı üzrə yerli pivə istehsalçılarının tələbatını qarşılamaqla idxalı azaldır, eyni zamanda ixrac potensialına da malikdir. Həmçinin emal olunan arpa ölkədə fəaliyyət göstərən fermer təsərrüfatlarından tədarük edilir və nəticədə aqrar sektorda əlavə dəyər yaradır”.

M.Abdullayev bildirib ki, Fond olaraq layihənin dəstəklənməsi prioritetlərə tam uyğundur:

“Müəssisənin nizamnamə kapitalına 5 milyon 200 min manat investisiya qoyulub, eyni zamanda 6 milyon manat məbləğində güzəştli kredit verilib. Müəssisənin həm xammal təsərrüfatı, həm də emal sənayesinin dəyər zəncirində önəmli yer tutaraq davamlı olacağına inanırıq”.

SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV

SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV

İqtisadiyyat
13 dekabr 2025 392 baxış
Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi? - Baku TV

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi? - Baku TV

İqtisadiyyat
13 dekabr 2025 392 baxış
Əhali 10 milyard dolları niyə "yastığın altında" saxlayır? - Baku TV

Əhali 10 milyard dolları niyə "yastığın altında" saxlayır? - Baku TV

İqtisadiyyat
12 dekabr 2025 392 baxış
Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV

Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV

İqtisadiyyat
11 dekabr 2025 392 baxış
“SOCAR Downstream Management”in baş direktoru emal müəssisələrində görülən tədbirlərdən danışdı

“SOCAR Downstream Management”in baş direktoru emal müəssisələrində görülən tədbirlərdən danışdı

İqtisadiyyat
10 dekabr 2025 392 baxış
Məşğul əhalinin 45,3 faizi kiçik və orta biznes subyektlərində çalışır

Məşğul əhalinin 45,3 faizi kiçik və orta biznes subyektlərində çalışır

İqtisadiyyat
10 dekabr 2025 392 baxış
SOCAR-ın aktivləri cari ilin I yarısında bu qədər oldu - Baku TV

SOCAR-ın aktivləri cari ilin I yarısında bu qədər oldu - Baku TV

İqtisadiyyat
10 dekabr 2025 392 baxış
Sosialyönümlü xərclər nə qədər nəzərdə tutulub?

Sosialyönümlü xərclər nə qədər nəzərdə tutulub?

İqtisadiyyat
09 dekabr 2025 392 baxış
Baş nazir dövlət xərclərinin prioritet istiqamətlərini açıqladı - Baku TV

Baş nazir dövlət xərclərinin prioritet istiqamətlərini açıqladı - Baku TV

İqtisadiyyat
09 dekabr 2025 392 baxış
Baş nazir müxtəlif sahələr üzrə inkişaf dinamikasını açıqladı

Baş nazir müxtəlif sahələr üzrə inkişaf dinamikasını açıqladı

İqtisadiyyat
09 dekabr 2025 392 baxış
Seçilmişlər
icon