Pleyeri seçin:

“Qəza etməsəniz də, daha çox ödəyəcəksiniz” | Sığorta ödənişləri daha da yüksələcək? - Baku TV

25 aprel 2026 412 baxış

Bir müddət əvvəl ancaq taksidə istifadə olunan avtomobillərin icbari sığortası haqlarına xüsusi əmsal tətbiq edən Mərkəzi Bank bu dəfə daha geniş miqyasda dəyişiklik edib.

Dəyişikliklərdən biri mövcud "Bonus-Malus" sisteminin fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunmasıdır. Yeni qaydalara əsasən, sürücü il ərzində qəza törətmədiyi halda sığorta haqqına 5 faiz güzəşt tətbiq ediləcək. Əksinə, üçüncü şəxslərin sağlamlığına və əmlakına zərər vurulduqda isə hər hadisəyə görə sığorta haqqına 30 faiz əlavə hesablanacaq.

Əvvəlki mexanizmdə əlavə faiz sürücünün qəzasız keçirdiyi illərin sayına görə hər qəza üzrə 20 faizdən başlayırdı. Bu isə yeni sistemdə bəzi hallarda sığorta haqqının daha çox artmasına səbəb ola bilər.

Digər yeniliyə əsasən, sığorta müqaviləsi bağlanarkən avtomobili idarə etmək hüququ olan şəxslərin sayı birdən çox olarsa, həmin şəxslər arasında ən yüksək riskə malik sürücünün sığorta tarixçəsi əmsalı əsas götürüləcək.

Sığorta üzrə ekspert Şahin İsmayılov qeyd edib ki, əvvəlki sistemdə bəzi sürücülər qəza törətdikdən sonra etibarnaməni başqa şəxsin adına rəsmiləşdirərək cərimə xarakterli əlavə ödənişdən yayınırdılar. Yeni qaydalar bu halların qarşısını almağa hesablanıb.

Bu isə o deməkdir ki, artıq avtomobilə etibarnamə verərkən və ya belə hüquq alarkən həmin şəxsin sığorta tarixçəsi nəzərə alınmalıdır. Əks halda, sürücü özü qəza törətməsə belə, daha yüksək sığorta haqqı ödəməli ola bilər.

Qəzalara görə sığorta ödənişlərinin maksimum məbləği isə dəyişməz qalacaq. Hələ 2011-ci ildə müəyyən edilən limitlər qüvvədə saxlanılır.

Qeyd edək ki, sözügedən dəyişikliklər iyunun 21-dən qüvvəyə minəcək.

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 412 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 412 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 412 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 412 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 412 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 412 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 412 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 412 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 412 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 412 baxış
Seçilmişlər
icon