Pleyeri seçin:

Qızılcaya görə məktəblər bağlanacaq?

01 dekabr 2023 499 baxış

Son günlərdə qızılcaya yoluxma səbəbindən 3 uşaq həyatını itirib.

Onlardan 1-nin təhsil aldığı və 200-dən çox qızılcaya yoluxmanın qeydə alındığı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində artıq distant tədrisə başlanılıb.

Bəs digər təhsil müəssisələrində necə? Onlayn tədrisin başlanması nə dərəcədə realdır?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, yoluxma hallarının müşahidə edildiyi məktəblərdə ən azı 14 gün dərslər onlayn rejimdə olmalıdır:

“Dərs prosesinin ənənəvi formada təşkilinə icazə vermək olmaz, çünki bu, təhlükəlidir. Yoluxma sayına təsir göstərə bilər. Tibbi xidmət də çox aşağıdır. Mütləq distant tədrisə başlanılmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi isə həmkarı ilə razılaşmır. Bildirir ki, distant təhsil yoluxmanın qarşısını almağa kömək etsə də, şagirdlər tədris proqramında xeyli geri qalacaqlar.

Valideynlərin isə məsələyə münasibəti müxtəlifdir. Bəziləri distant təhsilə keçidin tərəfdarıdır, bəzi valideynlər isə düşünürlər ki, dərslər onlayn formada keçirilsə, uşaqlar zəifləyəcəklər.

Elm və təhsil naziri Emin Əmrullayev də noyabrın 30-da keçirdiyi mətbuat konfrasında məsələyə münasibət bildirib. Nazir tədrisin distant formaya keçirilməsinə hələlik ehtiyac görmür.

Pandemiya dövrünü nəzərə alsaq, əslində, vəziyyəti qiymətləndirmək o qədər də çətin deyil. Ekspertlər bildirirlər ki, ölkədə distant təhsilə keçid olarsa, istər summativ qiymətləndirmələrdə, istəsə buraxılış və qəbul imtahanlarında nəticə aşağı düşəcək. 

Banner
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

“70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Bu ərazilərdə yaşayanların kommunal xərci daha az olacaq? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

“Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Seçilmişlər
icon