"Aİ-95" və "Aİ-98" markalı benzinlərlə bağlı rəsmi açıqlama
“Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1 manat 60 qəpiyə satılır”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
O qeyd edib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib.
“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95 bu siyahıya salınacaq. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”.
Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
- Energetika Nazirliyi yataqla bağlı son göstəriciləri açıqlayıb - Baku TV
- Bakı yaşıl enerji tərəfdaşlarının növbəti iclasına ev sahibliyi edib - Baku TV
