Pleyeri seçin:

"Allah bilir, nəyin üstündə tikilib" | Evlər niyə bu hala düşdü? - "Hamısı çatlayıb" - Baku TV

23 aprel 2026 448 baxış

Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən “Betonzavod” adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.

Şikayətçi Səbuhi Həsənovun sözlərinə görə, təxminən 4 ay əvvəl ərazidə yeni obyektin tikintisinə başlanılıb və bundan sonra evlərdə çatlar yaranıb:

“Ərazidə güclü axıntı baş verdi və bir neçə evə ciddi ziyan dəydi. Ən böyük ziyan isə mənim evimə dəyib. Evlər bir-birindən aralanıb, hamısında çatlar əmələ gəlib”.

Tikinti aparan tərəf isə iddialarla razılaşmır. Bildirilir ki, obyektlə yaşayış evləri arasında kifayət qədər məsafə var və çatların yaranması tikinti ilə bağlı deyil.

“Bu iddialar qeyri-realdır. Bir neçə dəfə mütəxəssislər baxış keçirib. Evlər bataqlıq zonada və tikinti normalarına uyğun olmayan şəkildə inşa edildiyi üçün çatlayıb. Tikilən obyektlə həmin ev arasında təxminən 40 metr məsafə var”, – deyə tikinti şirkətinin nümayəndəsi Vasif İsmayılov qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin şöbə rəisinin müavini Ehtiram Xəlilov isə bildirib ki, Sumqayıt şəhəri İnşaatçılar yaşayış massivi, Koroğlu prospekti, giriş 82 ünvanında inşa olunan qeyri-yaşayış obyektinin layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədləri alınıb:

“Obyektin tikintisinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət edilir. Qeyd olunan məsələ ilə bağlı əraziyə baxış zamanı fərdi yaşayış evlərində çatların əmələ gəlməsinə səbəb kimi göstərilən qeyri-yaşayış obyektinin fərdi yaşayış evlərindən uzaq məsafədə yerləşdiyindən öz təsdiqini tapmayıb”.

Banner
Sürət, həyəcan, unudulmaz emosiyalar | Beynəlxalq sirk şousunda sizi nələr gözləyir? - Baku TV

Sürət, həyəcan, unudulmaz emosiyalar | Beynəlxalq sirk şousunda sizi nələr gözləyir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
“Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV

“Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 448 baxış
Seçilmişlər
icon