Pleyeri seçin:
"Artistlərimiz çöldə qalmır, birtəhər..." | Heydər Əliyev Sarayında "Jizel" gecəsi - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Jizel” baleti nümayiş olunub.
Tamaşanın ən çox gözlənilən məqamı isə Mariinski Teatrının solistlərinin çıxışları olub.
Əməkdar artist, xoreoqraf Yuri Lobaçev bildirib ki, balet artistləri böyük zəhmət çəkirlər:
“Biz çox əziyyət çəkirik, amma sonda tamaşaçılar tamaşadan zövq alanda bu yorğunluq unudulur. Bu səhnə artıq bizim üçün doğmalaşıb. Demək olar ki, bütün tamaşalarımızı burada təqdim edirik. Rəhbərliyə təşəkkür edirik ki, hər zaman bizi dəstəkləyir və vəziyyətdən çıxış yolu tapırıq. Balet artistlərimiz çöldə qalmır. Bununla belə, arzumuz odur ki, öz daimi səhnəmiz olsun”.
Kopyalandı
#Heydər Əliyev Sarayı teqi istifadə olunub
- 98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV
- Xalq artisti Eyyub Yaqubov yubiley konserti ilə səhnədə - Baku TV
- Bakıda keçirilən II Opera Günləri "Otello" əsəri ilə başa çatdı - Baku TV
- “Bu, opera ifaçısı üçün normal deyil” | “Koroğlu” yenidən ən böyük səhnədə - Baku TV
- "Arxalarında biz varıq" | Yeni "Leyli və Məcnun" | "Ərəb çöllərində yox, Azərbaycanda..." - Baku TV
