Pleyeri seçin:

"Balama 50 qəpiklik dondurma ala bilmirəm" - Hərbi xidmətdə yaralanan ata niyə çarəsizdir? - Baku TV

24 iyun 2026 315 baxış

Biləsuvar sakini Aqşin Abdullazadə hərbi xidmət zamanı yaralandığını və səhhətində ciddi problemlər yarandığını bildirir. O, əlillik statusunun təyin olunması ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsə də, cəhdlərinin nəticəsiz qaldığını qeyd edir.

A.Abdullazadə üzləşdiyi çətinlikləri və sosial vəziyyətini belə ifadə edib:

“Üç azyaşlı qız övladım var. Bu günə qədər heç vaxt kimdənsə asılı olmamışam. Hərbidə işləmişəm, kənd təsərrüfatı ilə məşğul olmuşam. Lakin hazırda çox çətinlik çəkirəm. Səhhətimə görə heç yerdə işləyə bilmirəm, mənə iş vermirlər. İş üçün müraciət edəndə sağlamlıq haqqında arayış tələb edirlər. Aidiyyəti qurumlara “əgər sağlamamsa, sağlamlıq haqqında arayış verin” deyirəm. Bunun onların səlahiyyətində olmadığını deyirlər. Bəs bu kimin işidir?!”.

O, ailəsinin dolanışığının hazırda yaşlı anasının çiyinlərində olduğunu söyləyib:

“Övladlarımı anam saxlayır, çox əziyyət çəkir. Gecə saat 3-4-də durub bazara gedir, pendir-şor satır. Bu mənim üçün çox ağır və utancverici bir vəziyyətdir. Hazırda övladlarıma 50 qəpiklik dondurma belə ala bilmirəm. Bu səbəbdən bəzən əsəblərimə hakim ola bilmirəm, qəlpələr kəskin ağrılar verir. Gəlib vəziyyətimi araşdırsınlar. Səhhətimlə bağlı mənə hər altı aydan bir xüsusi iynə vurulmalıdır, lakin imkansızlıqdan onu da vurdura bilmirəm”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Biləsuvar rayon sakini 1995-ci il təvəllüdlü Abdullazadə Aqşin Qabil oğlu əlilliyin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən “Forma 88” göndərişləri əsasında 2023–2026-cı illər ərzində müxtəlif tarixlərdə Agentlikdə əyani müayinə edilib:

“Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 sentyabr 2026 315 baxış
Seçilmişlər
icon